...

Vatikan Roma Papası Fransiskin səhhətinin pisləşdiyini açıqlayıb

Dünya xəbərləri Materials 1 Mart 2025 00:38 (UTC +04:00)
Vatikan Roma Papası Fransiskin səhhətinin pisləşdiyini açıqlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Vatikan Roma Papası Fransiskin səhhətinin qəfil pisləşdiyini açıqlayıb.

Trend xəbər verir ki, Müqəddəs Taxt-Tacın mətbuat xidməti pontifikin qusma və kəskin tənəffüs çatışmazlığına səbəb olan kəskin bronxospazmdan əziyyət çəkdiyini təsdiqləyib.

Təcili yardım göstərmək üçün ona qeyri-invaziv süni ventilyasiya verildi.

“Bronxospazm tənəffüs sisteminin pisləşməsinə səbəb oldu. Papaya qeyri-invaziv süni ventilyasiya verilib”, - deyə məlumatda bildirilir.

Xəbər lenti

Xəbər lenti