...

Ciorcia Meloni ABŞ, Aİ və müttəfiqləri arasında təcili toplantı çağırmağa hazırlaşır

Dünya xəbərləri Materials 1 Mart 2025 04:46 (UTC +04:00)
Ciorcia Meloni ABŞ, Aİ və müttəfiqləri arasında təcili toplantı çağırmağa hazırlaşır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın baş naziri Ciorcia Meloni ABŞ, Aİ və müttəfiqləri arasında təcili sammitin keçirilməsini təklif edəcəyini açıqlayıb.

Trend xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Meloni bu bəyanatı fevralın 28-də Ağ Evdə ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında yaranan mübahisədən sonra verib.

İtaliya lideri bildirib ki, sammitin əsas məqsədi Ukraynadan başlayaraq dövrümüzün mühüm çağırışlarına qarşı necə birlikdə mübarizə aparmaq barədə müzakirələr aparmaqdır.

"Qərbdəki hər bir parçalanma hamımızı zəiflədir və sivilizasiyamızın tənəzzülünü görmək istəyənlərə fayda verir", – deyə Meloni vurğulayıb.

Xəbər lenti

Xəbər lenti