...

Ərdoğan və Starmer arasında telefon danışığı baş tutub

Dünya xəbərləri Materials 28 Fevral 2025 23:28 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniya Baş naziri Kir Starmer arasında telefon danışığı baş tutub.

Trend xəbər verir ki, Prezidentin mətbuat xidməti bu barədə məlumat yayıb.

Görüş zamanı tərəflər Ankara ilə London arasındakı ikitərəfli əlaqələr və regional, qlobal məsələlər barədə fikir mübadiləsi aparıblar.

Prezident Ərdoğan görüşdə bildirib ki, Türkiyə ədalətli və davamlı sülhün bərqərar olması üçün Rusiya ilə Ukrayna arasında müharibənin tezliklə sona çatması üçün səy göstərir.

Bundan əlavə, Türkiyə lideri ölkəsinin danışıqlara ev sahibliyi etmək də daxil olmaqla, sülhün təşviqi üçün lazım olan hər şeyi etməyə hazır olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti