Bakı. Trend:
Azərbaycan kubokunun yarımfinal mərhələsində qarşılaşacaq komandalar bəlli olub.
Trend xəbər verir ki, "Neftçi" iki oyunun nəticəsinə əsasən "Kəpəz"i (2:0, 1:0) mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə adlayıb. Paytaxt klubu finala gedən yolda "Sabah"la qarşılaşacaq.
Digər yarımfinal cütlüyündə isə "Qarabağ" və "Araz-Naxçıvan" üz-üzə gələcək.
Yarımfinal oyunları 2 və 23 aprel tarixlərində keçiriləcək.