Bakı. Trend:
Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Paytaxtın bəzi küçə və prospektlərində yolun qarlı və buzlu olması səbəbindən nəqliyyatın hərəkəti çətinləşib
Hal-hazırda yollardakı vəziyyət:
1. Əbdülvahab Salamzadə küçəsi, “Xutor” dairəsi, “3-cü mirkorayon
dairəsi” istiqamətində;
2. Ziya Bünyadov prospekti, “Koroğlu” metro stansiyasının qarşısı,
Qara Qarayev prospekti istiqamətində;
3. Bakı dairəvi yolu, Biləcəri istiqamətində;
4. Tbilisi prospekti, mərkəz istiqamətində;
6. Bakı-Sumqayıt şosesi, hər iki istiqamətdə sıxlıq müşahidə
olunur.