Bakı. Trend:
Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
Trend xəbər verir ki, iki qarşılaşma Bakıda baş tutub.
İlk oyunda minimal hesablı qələbə qazanan "Araz-Naxçıvan" üstünlüyünü qorumağı bacarıb. "Zirə" penaltidən vurduğu iki qolla qalib gəlsə də, Rəşad Sadıqovun komandası yarımfinala yüksəlib.
Səfərdə 2:0 hesabı ilə qalib gələn "Neftçi", cavab görüşündə də üstün olub və 1:0 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, 1/4 finalın ilk oyun günündə "Qarabağ" və "Sabah" yarımfinala yüksəlmişdi.