Bakı. Trend:
Futbol üzrə Almaniya Bundesliqasında 24-cü tur start götürüb.
Trend xəbər verir ki, lider "Bavariya" səfərdə "Ştutqart"ın qonağı olub.
34-cü dəqiqədə meydan sahibləri hesabı açsa da, Münhen klubu fasiləyə qədər bərabərlik qolunu vurub – Mişel Olise fərqlənib. İkinci hissədə Leon Qoretska və Kinqsli Komanın qolları "Bavariya"ya 3:1 hesablı qələbə qazandırıb.
Bu, Münhen klubunun mövsümdə 19-cu qələbəsi olub.