Bakı. Trend:
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları Qəzaya düşüblər.
Trend xəbər verir ki, bu barədə nümayəndəlikdın bildirilib.
“Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları Məmmədova Svetlana və Fərzəliyev Rafet xidməti vəzifələrini yerinə yetirərkən Ağdam-Füzuli yolunda avtomobil qəzasına uğrayıblar. Təəssüflə bildiririk ki, Məmmədova Svetlana hadisə yerində dünyasını dəyişmiş, Fərzəliyev Rafət isə xəsarət almış və xəstəxanaya yerləşdirilmişdir. Allahdan dünyasını dəyişən əməkdaşımıza rəhmət, yaralı əməkdaşımıza isə şəfa diləyirik”, - nümayəndəlikdən bildirilib.
XXX
19:33
Ağdamda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə işğaldan azad olunmuş Ağdam- Füzuli yolunda baş verib.
Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə ağır xəsarət alıb.
Hazırda təcili tibbi yardım bölməsinin 2 avtomobili hadisə yerinə çağrılıb.
Faktla bağlı araşdırma başlanıb, ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.