...

Oğuzda minik avtomobili qaz xəttinə çırpılıb

Hadisə Materials 13 Mart 2025 00:41 (UTC +04:00)

Bakı. Trend:

Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuzun Kərimli kəndi ərazisindən keçən hissəsində qəza baş verib.

Trend xəbər verir ki, "Opel" markalı avtomobilin idarəetmədən çıxması nəticəsində yol kənarındakı qaz xəttinə çırpılıb və onu zədələyib. Hadisədən sonra rayonun Padar və Yemişənli kəndlərində 600-ə yaxın abonentə mavi yanacağın verilişi dayandırılıb.

Qaz xəttinin bərpası məqsədilə hadisə yerinə mütəxəssislər cəlb olunub. Abonentlərə mavi yanacağın verilməsi istiqamətində iş aparılır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti