...

Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxs 10 il 6 ay azadlıqdan məhrum edilib

Hadisə Materials 16 Aprel 2025 13:04 (UTC +04:00)
Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxs 10 il 6 ay azadlıqdan məhrum edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən Abit Mərdanovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Günay Aşurovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Abit Mərdanov 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, Abit Mərdanov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində ötən ilin mart ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə ittiham olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti