Bakı. Trend:
Ağdərənin Suqovuşan qəsəbəsi ərazisində yerləşən meşə massivində yanğın baş verib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, alov sürətlə yayılaraq geniş əraziləri əhatə edib. Yanğın zamanı ərazidə iki dəfə mina partlayışı qeydə alınıb.
Yanğın baş verən əraziyə FHN-nin Ağdərə, Naftalan və Tərtər rayon yanğınsöndürən briqadasının texnikası və canlı qüvvəsi cəlb edilib. Hazırda yanğın geniş ərazilərə yayılmaqda davam edir.
XXX
21:43
Ağdərənin Suqovuşan qəsəbəsi ərazisində yerləşən meşə massivində yanğın baş verib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, alov sürətlə yayılaraq geniş əraziləri əhatə edib. Yanğın zamanı ərazidə iki dəfə mina partlayışı qeydə alınıb.
Ərazidə minaların çoxluğu Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qruplarının hadisə yerinə müdaxiləsini xeyli çətinləşdirir. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.