Bakı. Trend:
Şəkinin Baş Layısqı kəndində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən Trend-ə verilən məlumata görə, kənd sakini, 65 yaşlı Sədiyyə Fəttahovaya məxsus ümumi sahəsi 56 kvadratmetr olan tövlənin yanar konstruksiyaları və çardağına yığılmış təxminən 2 ton ot bağlaması yanıb.
Yaxınlıqdakı tikililər yanğından qorunub. Yanğın söndürülüb, səbəbləri araşdırılır.