...

Elan saytlarında vətəndaşları aldadan şəxs saxlanılıb

Hadisə Materials 13 Avqust 2025 08:51 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə elan saytlarında vətəndaşları aldadan 28 yaşlı Orxan Hüseynov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, o, ev heyvanları satmaq adı ilə saytlarda yalan elanlar yerləşdirib və onlayn yolla alıcıların maddi vəsaitini ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

O.Hüseynovun əməllərindən zərər görən başqa vətəndaşlar olarsa, polis orqanlarına məlumat verə bilərlər.

Xəbər lenti

Xəbər lenti