...

Paytaxtda oğurluq və dələduzluq edən şəxslər saxlanıldı

Hadisə Materials 14 Avqust 2025 12:02 (UTC +04:00)
Paytaxtda oğurluq və dələduzluq edən şəxslər saxlanıldı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtda oğurluq və dələduzluq edən şəxslər saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nizami rayonunda talama cinayəti qeydə alınıb.

"Paytaxt sakininin rayon ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən 1100 manat dəyərində qol saatı və mobil telefonu oğurlanıb.

Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı S.Abiyev tutulub.

Şöbə əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə qadın vətəndaşın dələduzluq yolu ilə bank kartından 1500 manat ələ keçirən 30 yaşlı X.Əskərov müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır",- məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti