Bakı.Trend:
Gədəbəy rayonu Novasaratovka kəndində fərdi yaşayış evində yanğın baş verib.
Trend-in məlumatına görə, baş vermiş yanğın yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 240kv.m olan iki mərtəbəli evin və tövlənin yanar konstruksiyaları, həmçinin tövlənin damına yığılmış 6 ton ot bağlaması, bitişik tikilmiş ümumi sahəsi 400kv.m olan ikimərtəbəli evin ikinci mərtəbəsində iki otağın tavanı 25kv.m və dam örtüyünün yanar konstruksiyaları 50kv.m. sahədə yanıb.
Evin qalan hissəsi və yaxınlıqda yerləşən digər tikililər yanğından mühafizə olunub.
