...

"Microsoft” bu ölkədə süni intellektlə bağlı layihəyə 10 milyard dollar xərcləyəcək

Dünya xəbərləri Materials 12 Noyabr 2025 21:00 (UTC +04:00)
"Microsoft” bu ölkədə süni intellektlə bağlı layihəyə 10 milyard dollar xərcləyəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Microsoft” süni intellekt (AI) infrastrukturunu genişləndirmək məqsədilə Portuqaliyaya 10 milyard dollar investisiya qoymağı planlaşdırır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu “Microsoft”un prezidenti Bred Smit Lissabonda keçirilən “Web Summit” zirvə toplantısında bildirib.

Onun sözlərinə görə, sözügedən investisiya Portuqaliyanı Avropada süni intellekt “qiqafabriklərinin” quraşdırılması sahəsində liderə çevirəcək.

Texnologiya nəhənginin rəhbəri bəyan edib ki, maliyyə vəsaiti Sines şəhərində məlumat mərkəzi qovşağının yaradılmasına yönəldiləcək.

Bundan əvvəl, oktyabr ayında “Microsoft” və “Nscale” şirkətləri Sinesdə yerləşən Start Campus binasının ilk icarəçiləri olacaqlarını və Sines Data Mərkəzində 12.600 ədəd ən müasir Nvidia qrafik prosessor kartı quraşdırmağı planlaşdırdıqlarını açıqlamışdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti