...

ABŞ tarixinin ən uzun şatdaunu ləğv edilib

Dünya xəbərləri Materials 13 Noyabr 2025 07:35 (UTC +04:00)
ABŞ tarixinin ən uzun şatdaunu ləğv edilib

Bakı. Trend:

ABŞ tarixinin ən uzun şatdaunu (hökumətin bağlanması) başa çatıb.

Trend xəbər verir ki, bir neçə gün əvvəl Senatın və bu gün Nümayəndələr Palatasının hökumətin maliyyələşməsi ilə bağlı qanun layihəsini səs çoxluğu ilə təsdiqləməsindən sonra layihə Prezident Donald Tramp tərəfindən imzalanıb.

Layihə hökumətin yanvarın 30-na kimi maliyyələşməsini nəzərdə tutur.

Oktyabrın 1-dən bu yana 43 gün davam edən bağlanma ABŞ tarixinə ən uzun şatdaun kimi düşüb.

Xəbər lenti

Xəbər lenti