...

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın inkişafı üçün yeni mərhələnin başlanğıcını müəyyən etdi - Ombudsman

Cəmiyyət Materials 12 Noyabr 2025 11:15 (UTC +04:00)
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın inkişafı üçün yeni mərhələnin başlanğıcını müəyyən etdi - Ombudsman
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi bu tarixi nailiyyətlərin əhəmiyyətini bir daha önə çəkməklə Azərbaycanın gələcək inkişafı üçün yeni mərhələnin başlanğıcını müəyyən etmiş oldu.

Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində” mövzusunda Beynəlxalq Konfransda çıxışı zamanı bildirib.

Ombudsman qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası, demokratik dövlət kimi formalaşması və inkişafı görkəmli ictimai-siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və tarixi xidmətləri ilə bağlıdır:

"Məhz onun rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında bəyan edilən niyyətlərdən biri də qanunun aliliyini təmin edən hüquqi və dünyəvi dövlətin qurulmasıdır.

Qanunun aliliyi təkcə cəmiyyətin ədalətli və dayanıqlı inkişafının təməl daşı deyil, həm də insan hüquq və azadlıqlarının ən mühüm təminatçısıdır. Bu baxımdan, Konstitusiyamızda insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbit olunması insan hüquqlarına verilən ən yüksək dəyərin təzahürüdür. Təsadüfi deyildir ki, Ölkəmizin Ali Qanununun ən böyük fəsli məhz insan hüquq və azadlıqlarına həsr olunmuşdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti