Bakı. Trend:
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxacaq.
Trend xəbər verir ki, 13-cü qrupda yer alan millimiz Maltanın Ta Qali şəhərində Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
“Centenary” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:30-da başlanacaq. Qarşılaşmanı Finlandiya və Maltadan olan hakimlər briqadası idarə edəcək.
12 noyabr
17:30. Çexiya (U-19) - Azərbaycan (U-19)
Baş hakim: Oliver Reitala (Finlandiya)
“Centenary” stadionu, Ta Qali.