...

ADY qeyri-iş günlərində daşınan sərnişinlərin sayını açıqlayıb

Cəmiyyət Materials 12 Noyabr 2025 15:08 (UTC +04:00)
ADY qeyri-iş günlərində daşınan sərnişinlərin sayını açıqlayıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

8-11 noyabr qeyri-iş günlərində 69 555 sərnişin daşınıb.

Trend xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, Abşeron dairəvi dəmir yolu ilə 58 858 nəfər, Bakı-Qazax-Bakı marşrutu ilə 6 523 nəfər (Bakı-Ağstafa-Bakı əlavə reysləri daxil olmaqla), digər (Bakı-Qəbələ-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı və Gəncə-Mingəçevir marşrutları) ilə 4 174 nəfər daşınıb.

Qeyd edək ki, ADY 8-11 noyabr tarixlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərib və bu müddət ərzində ölkədaxili marşrutlar üzrə əlavə reyslər yerinə yetirilib, vaqon sayı tələbata uyğun olaraq artırılıb. Abşeron dairəvi dəmir yolu üzrə isə qatarların hərəkəti şənbə və bazar günlərinin qrafikinə uyğun tənzimlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti