Bakı. Trend:
Gələn il Azərbaycanda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə verilən müavinətlərin ümumi məbləği 45 milyon manat olacaq.
Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu göstərici 2025-ci illə müqayisədə 2 milyon manat və ya 4,6% çoxdur.
Gələn il üzrə orta müavinət məbləğinin 1 111 manata qədər artacağı, müavinət alanların sayının isə 40 507 nəfər təşkil edəcəyi gözlənilir.
