...

Türkiyəyə məxsus hərbi təyyarədə həlak olan 20 hərbçidən 19-nun nəşi tapılıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 12 Noyabr 2025 14:43 (UTC +04:00)
Türkiyəyə məxsus hərbi təyyarədə həlak olan 20 hərbçidən 19-nun nəşi tapılıb (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsində həlak olan 20 hərbçidən daha birinin nəşi aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə məlumatı bölgədə olan “A Haber” telekanalının müxbiri yayıb.

Qeyd edək ki, indiyədək ümumilikdə 19 hərbçinin nəşi tapılıb, sonuncu heyət üzvünün axtarışları isə hələ də davam edir.

xxx

13:23

Gürcüstanda qəzaya uğrayan Türkiyəyə məxsus C-130 tipli hərbi yük təyyarəsində həlak olan 20 hərbçidən 18-nin nəşi tapılıb.

Trend xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Gela Geladze jurnalistlərə açıqlama verib.

Nazirin sözlərinə görə, digər iki hərbçinin nəşinin axtarışları hələ də davam etdirilir. Hadisə yerində xilasedicilər və müvafiq xidmətlər tərəfindən intensiv axtarış-xilasetmə işləri aparılır.

Qeyd edək ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti