...

Tarixi filmlərin çəkilməsi üçün xüsusi pavilyonlar yaradılacaq

Mədəniyyət Materials 12 Noyabr 2025 12:57 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Mədəniyyət Nazirliyi tərəfindən tarixi filmlərin çəkilməsi də prioritet sahə kimi müəyyən olunub və bu istiqamətdə kinostudiyada xüsusi pavilyonların yaradılması nəzərdə tutulur.

Trend xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Bu məqsədlə Türkiyənin təcrübəsi araşdırılması üçün bir neçə gün əvvəl Azərbaycan Respublikasının Kİno Agentıiyinin rəhbərliyi tərəfindən bu ölkədəki taroixi filmlərin çəkildiyi bir sıra povilyonlar şəxsən əyani şəkildə ziyarət olunub”, - deyə F.Cəfərov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti