...

Gələn il üçün planlaşdırılan layihələr çərçivəsində əlavə 800 iş yeri yaradılacaq - Kino Agentliyi

Mədəniyyət Materials 12 Noyabr 2025 16:28 (UTC +04:00)
Gələn il üçün planlaşdırılan layihələr çərçivəsində əlavə 800 iş yeri yaradılacaq - Kino Agentliyi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

2023–2025-ci illərdə dövlət dəstəyi ilə 71 film layihəsinin istehsalına başlanılıb, onlardan 50-si (6-sı tammetrajlı) tamamlanaraq təhvil verilib. İstehsal üçün 34 şirkətə 21,3 milyon manat dövlət vəsaiti ayrılıb. Hazırda ildə orta hesabla 8–10 tammetrajlı film istehsal olunur.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) məlumat yayıb.

Bildirilib ki, kino sənayesində bu canlanma 1570 müvəqqəti iş yeri yaradıb,.

Qeyd edilib ki, 2026-cı il üçün planlaşdırılan layihələr isə əlavə 800 iş yeri formalaşdıracaq.

"2025-ci ildən filmlərin yayım hüquqlarının satışına başlanılıb. Yerli telekanallarla imzalanan ilk yayım paketi 11 film üzrə 100 min manat dəyərindədir. Azərbaycan filmləri artıq Kann və Venesiya kimi nüfuzlu festivallarda nümayiş olunur. ARKA beynəlxalq əməkdaşlıq çərçivəsində 7 memorandum imzalayıb və hər il 6 beynəlxalq film festivalına dəstək verir",- ARKA-dan əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti