Bakı. Trend:
Həyata keçirilən vergi siyasəti əmək bazarına müsbət təsir göstərməkdə davam edir.
Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, 2025-ci il noyabr ayının 1-nə işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 1.884.656 olub.
Məlumata əsasən, təkcə oktyabr ayı ərzində 16,1 min artım müşahidə olunub.
Bildirilib ki, ümumi əmək müqavilələrinin 54,2%-ə yaxını qeyri-neft sektorunun özəl bölməsinin payına düşüb.
Vurğulanıb ki, bu sektorda artımın əsas hissəsi xidmət, ticarət və tikinti sahələrində qeydə alınıb.
