...

Azərbaycan cüdoçuları Qran-pri turnirində iştirak edəcəklər

İdman Materials 13 Noyabr 2025 03:39 (UTC +04:00)
Azərbaycan cüdoçuları Qran-pri turnirində iştirak edəcəklər

Bakı. Trend:

Azərbaycan cüdoçuları Xorvatiyanın paytaxtı Zaqrebdə Qran-pri turnirində iştirak edəcəklər.

Trend xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən yarış noyabrın 14-dən 16-dək davam edəcək.

Azərbaycan bu yarışda kişilərdən ibarət milli komandanın böyük məşqçisi Robert Kravçik və qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatifin başçılığı altında ümumilikdə 9 çəki dərəcəsində 15 cüdoçu (12 kişi, 3 qadın) ilə təmsil olunacaq.

Kişilər

60 kq Hüseyn Allahyarov Murad Muradlı

66 kq İslam Rəhimov Nazir Talıbov

73 kq İbrahim Əliyev Rüfət Şövlətov

81 kq Vüsal Qələndərzadə

90 kq Aslan Kotsoyev Vüqar Talıbov

100 kq Əjdər Bağırov

+100 kq Camal Qamzatxanov Kənan Nəsibov

Qadınlar

48 kq Könül Əliyeva

52 kq Aydan Vəliyeva Gültac Məmmədəliyeva

Qeyd edək ki, üç gün davam edəcək turnirdə 49 ölkədən 398 idmançı (230 kişi, 168 qadın) iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti