Bakı. Trend:
Hazırda Tayvanda irimiqyaslı fəsadlara yol açan “Funq-Vonq” qasırğası bu gün Yaponiyaya daxil olacaq.
Trend xəbər verir ki, bu barədə Filippinin "PAGASA" meteoroloji bürosu məlumat yayıb.
Büronun sinoptiklərinin bildirdiyinə görə, tayfun əvvəlki marşrutunu dəyişib və hal-hazırda Okinava arxipelağının adalarına doğru səmt alıb. Qaırğanın özü ilə gətirdiyi küləyin sürəti saniyədə 23 metrə çatır, bəzi yerlərdə isə saniyədə 35 metrə qədər yüksəldiyi bildirilir.
Sinoptiklər tayfunun Yaponiyada leysan yağışlara və şiddətli küləklərə yol açağını xəbərdar edib. Yaponiya hökuməti sahilyanı ərazilərdə yaşayan vətəndaşları açıq dənizə çıxmamağa və ayıq-sayıq olmağa çağırıb.
