...

Tailand Kambocadan rəsmi üzrxahlıq tələb edib

Dünya xəbərləri Materials 12 Noyabr 2025 15:44 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tailand hökuməti Kambocadan rəsmi qaydada üzrxahlıq tələb edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, belə bir tələb Tailandın xarici işlər nazirliyi tərəfindən irəli sürülüb.

Rəsmi Banqkok Kamboca ordusunu sərhəddə yeni minalar yerləşdirməkdə ittiham edib.

İddiayaya görə, bazar ertəsi belə minalardan biri partlayaraq patrulda olan bir Tailand əsgərinin ağır yaralanması ilə nəticələnib.

Kamboca isə yeni minaların yerləşdirilməsi barədə ittihamları rədd edib. Hadisə iki ölkə arasındakı mübahisəli ərazilər boyunca gərginliyi yenidən alovlandırıb.

Xatırladaq ki, iyun ayında ölkələr arasında beş gün ərzində davam etdmiş silahlı toqquşmalarda ən azı 48 nəfər həlak olmuş, təxminən 300 min nəfər müvəqqəti olaraq evlərini tərk etməyə məcbur qalmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti