...

Bayram günlərində 4-ü azyaşlı olmaqla 20 nəfər xilas edilib - FHN

Cəmiyyət Materials 12 Noyabr 2025 10:32 (UTC +04:00)
Bayram günlərində 4-ü azyaşlı olmaqla 20 nəfər xilas edilib - FHN
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 111 yanğına çıxış, 16 köməksiz vəziyyətdə qalma, 6 avtonəqliyyat qəzası və 2 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 4-ü azyaşlı olmaqla 20 xilas edilib, 2 nəfər təxliyə olunub, 2 nəfər xəsarət alıb, 8 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti