...

Peşə təhsili üzrə bir nəfərə düşən xərclər 2026-cı ildə 865 manat proqnozlaşdırılır - Hesablama Palatası

İqtisadiyyat Materials 12 Noyabr 2025 15:30 (UTC +04:00)
Peşə təhsili üzrə bir nəfərə düşən xərclər 2026-cı ildə 865 manat proqnozlaşdırılır - Hesablama Palatası
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə 15361 nəfər işsiz və işaxtaran peşə hazırlığına və əlavə təhsilə cəlb olunub, cari ilin sonuna 160000 nəfərin, növbəti ildə isə 17500 nəfərin peşə hazırlığına və əlavə təhsilə cəlb olunması nəzərdə tutulur.

Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) 2026-cı il büdcə layihəsinə verdiyi rəydə bildirilib.

Məlumata əsasən, bu şəxslərdən müvafiq olaraq 12629 nəfərinə təqaüd ödənilib, 10476 və 11374 nəfərinə isə təqaüd ödənişlərinin həyata keçiriləcəyi gözlənilir.

Bildirilib ki, peşə təhsili üzrə bir nəfərə düşən təhsil xərci ödənilən peşə hazırlığı kurslarının təşkili, təqaüd və nəqliyyat xərci ilə birlikdə 2024-cü ildə orta hesabla 1078 manat olub, 2025-ci ilin sonuna 869 manat, növbəti ildə isə 865 manat olacağı gözlənilir. Vurğulanıb ki, təqdim edilmiş məlumatlara əsasən peşə hazırlığına cəlb edilən şəxslərin 2024-cü ildə 5564 nəfəri və ya 36,2%-i işlə təmin edilib. 2025-ci ilin I yarısında isə peşə hazırlığına cəlb edilən 6080 nəfərdən 3833 nəfəri peşə hazırlığını bitirib, 1836 nəfəri və ya 30,2%-i işlə təmin edilib.

"Əvvəlki illər üzrə də nəticə göstəricilərini diqqətə alsaq, bu rəqəmlərə əsaslanaraq tədris olunan peşə istiqamətlərinin əmək bazarı ilə uyğunluğunun artırılması üçün əlavə tədbirlərə ehtiyac olduğunun, bu baxımdan yaxın və orta müddətli ehtiyacların daha dəqiq müəyyənləşdirilməsi üçün peşə istiqamətlərinin müasir analitik yanaşmalar əsasında yenilənməsinin zərurəliyi qeyd oluna bilər", - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti