Bakı. Trend:
Gələn il Azərbaycanda uşağın anadan olmasına görə verilən müavinətlərin ümumi məbləği 39,97 milyon manat olacaq.
Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu göstərici 2025-ci illə müqayisədə 4,02 milyon manat və ya 11,2% çoxdur.
Gələn il uşağın anadan olmasına görə orta müavinət məbləğinin 600,02 milyon manat, müavinət alanların sayının isə 66 615 nəfər təşkil edəcəyi gözlənilir.
