...

Xocavənddə ev və yaşayış binalarının təmirinə 14,6 milyon manat ayrıldı

İqtisadiyyat Materials 12 Noyabr 2025 18:05 (UTC +04:00)
Xocavənddə ev və yaşayış binalarının təmirinə 14,6 milyon manat ayrıldı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Xocavənddə fərdi yaşayış evləri və yaşayış binalarınınnövbəti mərhələ üzrə təmiri işləri aparılacaq.

Trend-in dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Belə ki, görüləcək işlər çərçivəsində Xocavənd rayonunun Xocavənd şəhərində fərdi yaşayış evlərinin (200 ev - 33660,00m2), Ağkənd kəndində fərdi yaşayış evlərinin (30 ev - 5049,00 m2) və Qırmızıbazar qəsəbəsində çoxmənzilli yaşayış binalarının (32 mənzil – 3200 m2) təmir işlərinin aparılması nəzərdə tutulur.

Məlumata əsasən, dövlət xidməti sözügedən işlərin icrasını “Platin-M” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 14,6 milyon manat ödənilib.

Qeyd edək ki, işlərin həvalə olunduğu “Platin-M” MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Məmmədov İsfəndiyar Mehman oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti