...

Çində elektrik və hibrid avtomobillərin satışında yeni rekord qeydə alınıb

Dünya xəbərləri Materials 13 Noyabr 2025 07:25 (UTC +04:00)
Çində elektrik və hibrid avtomobillərin satışında yeni rekord qeydə alınıb

Bakı. Trend:

Çində oktyabr ayında 1 milyon 715 min ədəd yeni elektrik və ya hibrid avtomobil satılıb.

Trend xəbər verir ki, bu barədə “Cnevpost” nəşri məlumat yayıb.

Satışların böyük hissəsi ölkə daxilində reallaşıb, bir qismi isə ixrac edilib. Çin Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, bu, yeni aylıq rekord göstəricidir.

Bununla yanaşı, elektromobil və hibrid avtomobillərin bazar payı tarixdə ilk dəfə 50 faiz səviyyəsini ötüb.

Qeyd olunur ki, “Tesla” 2022-ci ilin avqustundan bəri ilk dəfə Çin elektromobil və hibrid bazarının ilk onluğuna daxil ola bilməyib. Ən çox satılan marka isə BYD olub.

Xəbər lenti

Xəbər lenti