...

"S&P" reytinq agentliyi SOCAR-ın kredit reytinqini qaldırıb

Energetika Materials 13 Noyabr 2025 09:39 (UTC +04:00)
"S&P" reytinq agentliyi SOCAR-ın kredit reytinqini qaldırıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli kredit reytinqini “BB-” səviyyəsindən “BB” səviyyəsinə qaldırıb. Agentlik bu qərarını şirkətin maliyyə siyasətində şəffaflığın əhəmiyyətli dərəcədə artması və məlumatların açıqlanma səviyyəsinin yaxşılaşması ilə izah edib. Reytinq üzrə proqnoz isə “sabit” olaraq saxlanılıb.

Trend xəbər verir ki, agentliyin məlumatına görə, son aylarda SOCAR məlumatların açıqlanması və reytinq təşkilatları ilə kommunikasiya sahəsində mühüm irəliləyiş nümayiş etdirib. Bu da şirkətin fəaliyyət göstəricilərinin şəffaflığını və izlənilə bilməsini artırıb.

“S&P” həmçinin SOCAR-ın fərdi kredit profilinə (SACP) dair qiymətləndirməsini “B” səviyyəsindən “BB-” səviyyəsinə yüksəldib ki, bu da şirkətin ümumi reytinqinin və onun təminatsız borc öhdəlikləri üzrə reytinqinin yenidən nəzərdən keçirilməsi üçün əsas olub.

Agentliyin məlumatına görə, sabit proqnoz “SOCAR”ın əhəmiyyətli pul ehtiyatlarına əsaslanaraq idarəolunan likvidlik səviyyəsini qoruyacağına və sabit əməliyyat nəticələrini təmin edəcəyinə dair gözləntiləri əks etdirir. Habelə, əməliyyat fəaliyyəti nəticəsində yaranan vəsaitlərin (FFO) borca nisbətinin 12 faizdən yuxarı səviyyədə qalacağı proqnozlaşdırılır. Şirkətə dövlət dəstəyinin səviyyəsinə dair qiymətləndirmə isə dəyişməz olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti