Bakı. Trend:
Norveç Avropa İttifaqının (Aİ) Ukraynaya reparasiya krediti verilməsi təşəbbüsündə zəmanətçi kimi çıxış etməkdən imtina edib.
Trend xarici KİV-ə istinadla xəbər verir ki, bunu Norveçin maliyyə naziri və NATO-nun sabiq baş katibi Yens Stoltenberq bildirib.
“Norveçin kreditin bütün məbləğinə zəmanət verməli olduğu barədə təkliflər irəli sürülmüşdü. Bu, doğru deyil. Lakin indi bizə Aİ-nin təklifinə əsasən hansı formada töhfə verə biləcəyimizi müəyyənləşdirmək qalır”, – deyə o, yerli telekanala müsahibəsində bildirib
