...

İslamiada: Azərbaycanın voleybol millisi bu gün final görüşünə çıxacaq

İdman Materials 13 Noyabr 2025 09:47 (UTC +04:00)

Bakı. Trend:

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan təmsilçiləri bu gün 3 idman növündə çıxış edəcəklər.

Trend xəbər verir ki, idmançılarımız stolüstü tennis, muaytay və voleybol yarışlarında qüvvələrini sınayacaqlar.

Qadın voleybolçulardan ibarət yığmamız Türkiyə ilə final matçına çıxacaq. Stolüstü tennisçilər (qarışıq cütlük) və muaytayçılar isə yarımfinal görüşlərini keçirəcəklər.

Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır.

Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti