Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) likvidliyi əməliyyat gəlirləri ilə birlikdə şirkətin qısamüddətli öhdəliklərini tam şəkildə ödəməyə imkan verən əhəmiyyətli pul ehtiyatları sayəsində idarəoluna bilən səviyyədə qalacaq.
Trend xəbər verir ki, bu barədə “S&P” beynəlxalq reytinq agentliyinin hesabatında qeyd olunur.
Qeyd edildiyi kimi, dövlətin dəstəyi həm cari, həm də fövqəladə hallarda etibarlı olaraq qalacaq.
“Bu, həmçinin şirkətimizin kapital qoyuluşu layihələrində və əsas əməliyyat fəaliyyətində ciddi gecikmələr, büdcə artıqları və ya əməliyyat problemləri olmayacağına dair gözləntilərimizi, eləcə də SOCAR-ın dövlətlə əlaqələrinin çox güclü qalacağını əks etdirir”,- deyə reytinq agentliyi bildirib.
Əsas ssenariyə görə, “S&P” 2025–2027-ci illərdə tənzimlənmiş FFO-nun (əməliyyatlardan əldə olunan pul vəsaiti) borca nisbətini 12–15% səviyyəsində, nağd vəsaitləri nəzərə alaraq isə 20%-dən bir qədər yuxarı səviyyədə proqnozlaşdırır. Eyni zamanda, təqribən ildə 3 milyard manat həcmində nisbətən böyük investisiyaların həyata keçiriləcəyi, təxminən 1 milyard manatlıq müsbət sərbəst əməliyyat pul axınının (FOCF) formalaşacağı gözlənilir.
