...

Tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov həlak olub

Cəmiyyət Materials 13 Noyabr 2025 12:20 (UTC +04:00)
Tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov həlak olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın tanınmış jurnalisti, “Euronews” telekanalının müxbiri Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində faciəvi şəkildə həyatını itirib.

Bu barədə Trend-ə jurnalistin yaxınları məlumat verib.

Emin İbrahimov Azərbaycan jurnalistikasının ən parlaq nümayəndələrindən biri olub. Onun “Euronews” üçün hazırladığı reportajlar, ələlxüsus da, 2020-ci ilin Vətən müharibəsi günlərində çəkilən sujetləri obyektivliyi və dərin peşəkarlığına görə ona böyük nüfuz qazandırıb.

Redaksiyamız, baş verən hadisə ilə əlaqədar Emin İbrahimovun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir. Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti