Bakı. Trend:
Büdcə layihəsində orta ixtisas təhsilində tələbələrə verilən təqaüdlər maddəsində azalma meyli var. Belə ki, bu azalma orta ixtisas təhsili üzrə say dinamikası ilə fərqlənir.
Trend xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Təhsil orta müddətli xərclər çərçivəsinin ilk ildən tətbiq olunduğu üç istiqamətdən biridir. Aparılan təhlillər bu sənəddə hədəflər üzərində kəmiyyət göstəricilərinin daha çox artılmasını və dəqiqləşməsi zərurətini də göstərir. Belə yanaşma nəzərdə tutulan və icra edilən vəsaitin nəticəliliyinin qiymətləndirilməsi imkanlarını genişləndirə bilər” – deyə sədr vurğulayıb.
