...

"Kanal 13” internet televiziyasının rəhbərinin kassasiya şikayəti təmin edilməyib

Cəmiyyət Materials 13 Noyabr 2025 12:01 (UTC +04:00)
"Kanal 13” internet televiziyasının rəhbərinin kassasiya şikayəti təmin edilməyib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

"Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend xəbər verir ki, Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, Əziz Orucov Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Əziz Orucov Cinayət Məcəlləsinin 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə ittiham edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti