...

Biznesinin İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərin yarısı kənd təsərrüfatı məhsullarının istehsalına yönəldilib

İqtisadiyyat Materials 13 Noyabr 2025 12:18 (UTC +04:00)
Biznesinin İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərin yarısı kənd təsərrüfatı məhsullarının istehsalına yönəldilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı.Trend:

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərin təxminən yarısı kənd təsərrüfatı məhsullarının istehsalı sektoruna, digər yarısı isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib, bunun 76%-i regionların payına düşüb.

Trend xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

"Fondun vəsaiti hesabına banklar vasitəsi ilə 2025-ci ilin yanvar-sentyabr ayları ərzində sahibkarların ümumi dəyəri 564 mln. manat olan 4590 investisiya layihəsinə 250 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 3500 yeni iş yerinin açılması imkanı yaranıb.

Eyni zamanda, 2025-ci ilin 10 ayı ərzində Fond tərəfindən 498 investisiya layihəsinə 27.9 milyon manat güzəştli kredit verilmiş, 367 yeni iş yerinin açılması imkanı yaranıb.

Bununla yanaşı qeyd etmək istərdim ki, ölkəmizdə inklüziv sahibkarlığın inkişafı qadınların biznes təşəbbüslərinin və iqtisadiyyatın müxtəlif sahələrində layihələrinin reallaşdırılmasına da şərait yaradıb. Bunun nəticəsidir ki, bu ilin 6 ayı ərzində qadın sahibkarların sayı 7% artaraq, 333 minə yaxın olub. Eyni zamanda, 2025-ci ilin 10 ayı ərzində Fond tərəfindən qadınların 498 investisiya layihəsinə 27.9 milyon manat güzəştli kredit verilmiş, 367 yeni iş yerinin açılması imkanı yaranmışdır", - deyə nazir müavini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti