...

Noyabrın 10-na olan kriminal xronika

Hadisə Materials 11 Noyabr 2005 13:26 (UTC +04:00)

Noyabrın 10-da daxili işlər orqanları tərəfindən 20 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 13-nün üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 7 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Gün ərzində 6 yanğın hadisəsi qeydə alınıb, 1 nəfər yanıq xəsarətləri alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 21 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti