...

Noyabrın 13-nə krimxronika

Hadisə Materials 14 Noyabr 2005 17:57 (UTC +04:00)

Noyabrın 13-də daxili işlər orqanları tərəfindən 20 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 13-nün üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 10 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 9 yol hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 18 nəfər yaralanıb. Gün ərzində 3 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirlidkləri əməliyyat-axitarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1, silah-sursatla bağlı 4 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 26 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti