Fevralın 12-də daxili işlər orqanları tərəfindən 14 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 13-nün üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 4 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 2 yanğın hadisəsi qeydə alınıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotiklərlə əlaqəli 6, silah-sursatla əlaqəli 4 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 21 nəfər həbs edilib.