...

Fevralın 21-nə olan kriminal xronika

Hadisə Materials 22 Fevral 2006 14:26 (UTC +04:00)

Fevralın 21-də daxili işlər orqanları tərəfindən 29 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 23-nün üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 15 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 3 nəfərsə yaralanıb. Gün ərzində 3 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotiklərlə əlaqəli 16, silah-sursatla əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 33 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti