...

Yuri Lujkov: Basman bazarının damının uçması ilə bağlı orada böyük qar kütləsinin yığılması səbəbi istintaqın əsas versiyası ola bilər

Hadisə Materials 23 Fevral 2006 19:37 (UTC +04:00)

İstintaq Basman bazarının damının uçması ilə bağlı orada xeyli qar kütləsinin yığılmasını əsas versiya kimi nəzərdən keçirir. Bu barədə jurnalistlərə Moskva şəhərinin meri Yuri Lujkov bildirib. "Biz damın uçmasının terror nəticəsində yaxud qəsdən törədilməsi versiyasını böyük ehtimalla istisna etmək tərəfdarıyıq" -deyə o qeyd edib.

Y.Lujkovun sözlərinə görə, bina 30 ildən çoxdur inşa edilib və dam örtüyü qar yığımına tab gətirə bilməzdi. Eyni zamanda o, qeyd edib ki, orada qar örtüyünün qalınlığı 40 sm təşkil edib, baxmayaraq ki, belə tikililər daha möhkəm olur və 1,4 m.qalınlıqda qar örtüyünə tab gətirməlidir.

Y.Lujkov həm də qeyd edib ki, belə tikililərdə "Transvaal-park" akvaparkının damı uçduqdan sonra yoxlamalar aparılıb və nəticədə bunların sonrakı istismarına icazə verən qərarlar verilib. Y.Lujkovun sözlərinə görə, "belə tikililər indiki hava şəraitinə dözmür və digər qərarlar tələb edir". RBK bildirir ki, o, gələcəkdə belə tikililərin ləğv edilməsi imkanını istisna etməyib.

Xəbər lenti

Xəbər lenti