...

Qeyri-çimərlik ərazidə batmış iki nəfərin meyiti tapılıb

Hadisə Materials 28 İyun 2006 12:54 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sularda Xilasetmə Xidmətinin xilasediciləri Sumqayıt çimərliyindən 2,5 kilometr aralıda, qeyri-çimərlik ərazidə batmış iki nəfərin meyitini tapıb. Bu barədə Trend ə FHN-nin ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Sumqayıt şəhər sakinləri 1990-cı il təvəllüdlü Qurbanov Mahir Tahir oğlu və 1989-cu il təvəllüdlü Əhmədov Röyal Ələsgər oğlu iyunun 25-də batsa da, onların cəsədlərinin axtarılması ilə bağlı tədbirlər iyunun 27-də nəticə verib. Belə ki, axtarış tədbirlərinə dənizdə küləkli hava şəraitinin olması maneçilik törədib.

Buna baxmayaraq, Mahir Qurbanovun və Röyal Əhmədovun meyitləri dalğıclar tərəfindən aşkar edilərək sudan çıxarılıb.

Sulardan Xilasetmə Xidmətinin sektor müdiri Rafiq Ağayevin isə sözlərinə görə, çimərlik mövsümü başlanandan xilasedicilər Abşeron çimərliklərində 24 nəfərin həyatını xilas ediblər.

Xəbər lenti

Xəbər lenti