...

İndoneziyadakı sunami nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşları haqqında hələ heç bir məlumat yoxdur

Hadisə Materials 18 İyul 2006 14:34 (UTC +04:00)

İndoneziyadakı sunami nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşları haqqında səfirlikdə hələ heç bir məlumat yoxdur. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın İndoneziyadakı səfiri İbrahim Hacıyev xəbər verib.

Onun sözlərinə görə, Azərbaycanın diplomatik missiyası bu təbii fəlakətə aid yerli mətbuatda gedən məlumatları diqqətlə izləyir. İndiyədək səfirliyə bölgədə zərər çəkmiş Azərbaycan vətəndaşları haqqında heç bir məlumat daxil olmayıb.

Xatırladaq ki, iyulun 17-də İndoneziyanın Yava adasının üzərinə sunami gəlib. Sunamiyə Hind okeanında baş vermiş Rixter şkalası ilə 7,7 bal gücündə zəlzələ səbəb olub. Təbii fəlakət zamanı ən çox kurort şəhəri Panqadaran zərər çəkib. Orada sahildə yerləşən evlər tamamilə dağılıb, bir neçə otel ciddi xəsarət alıb. Əldə olan məlumata görə, İndoneziyadakı sunami qurbanlarının sayı 327 nəfərə çatıb, bunlardan 160 nəfəri itkin düşüb.

Xəbər lenti

Xəbər lenti