...

İran təyyarəsinin qəzaya uğramasına səbəb qabaq şassinin partlaması olub

Hadisə Materials 1 Sentyabr 2006 18:23 (UTC +04:00)

İranın "Iran Air Tour" şirkətinə məxsus TU-154 təyyarəsinin ölkənin Məşhəd şəhərində qəzaya uğramasına qabaq şassinin partlaması səbəb olub. Bu barədə Trend in İrandakı xüsusi müxbiri məlumat verib.

Son məlumatlara görə, qəza nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb. 7 heyət üzvü ilə birgə təyyarədə 147 sərnişin olub. Ölənlərin sayının artacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti