...

Gəncədə İran ticarət mərkəzində yanğın baş verib

Hadisə Materials 7 Sentyabr 2006 20:54 (UTC +04:00)

Sentyabrın 7-də axşam Gəncədə İran ticarət mərkəzində yanğın baş verib.

Trend in bölgə müxbirinin verdiyi məlumata görə, yanğın təxminən saat 19:00-da baş verib. Artıq hadisə yerinə yanğınsöndürənlər briqadası, eləcə də şəhər rəhbərliyi gəlib.

Yanğının söndürülməsi zamanı bir neçə yanğınsöndürən yanıq yaraları alıb.

Ticarət mərkəzi işçilərinin sözlərinə görə, yanğın qəsdən törədilib, amma bu xəbəri ticarət mərkəzinin direktoru Əli İsmayılov təkzib edib.

Gəncə İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, əgər yanğın qəsdən törədilmiş olsaydı, o, axşam yox, gecə baş verərdi.

Xəbər lenti

Xəbər lenti